Dr. Zəkiyyə Raufqızı — Varikoz və Doppler üzrə Təcrübəli Mütəxəssis
2002–2008-ci illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsində təhsil alan Dr. Zəkiyyə Raufqızı, 2008–2009-cu illərdə Milli Onkologiya Mərkəzində radiologiya üzrə internaturanı bitirərək müasir görüntüləmə metodlarında ixtisaslaşıb. 2014-cü ildən etibarən rəngli doppler müayinəsi üzrə mütəxəssis kimi çalışır və Azərbaycan Venoz Forumunun üzvüdür. O, hər bir pasiyent üçün fərdi müalicə planı tərtib edərək xəstəliyin təkrarlanmasının qarşısını almağa yönəlmiş yanaşma tətbiq edir.