Venalazer skip to Main Content

20 ən çox soruşulan suallar

Hansı suallar sizi daha çox narahat edir? Öz suallarınıza cavab tapın

Müalicə olunmuş damarlar tam sovrulur və gələcəkdə heç vaxt yaranmır. Lakin irsi meylliyi, təkrari hamiləliyi, artıq çəkisi və s. risk faktorları olan insanlarda digər damarlarda varikoz yarana bilər. Bunun qarşısını almaq üçün ildə 1 dəfə profilaktik müayinədən keçməyi tövsiyyə edirik.

Müalicə zamanı çox nazik iynələrdən istifadə olunur. Buna görə ağrı hissi minimal olur, yaxud ümumiyyətlə ağrı hiss olunmur. Lakin orqanizmi ağrıya həssas olan insanlarda ağrı hissi çox ola bilər.

Müalicə zamanı çox nazik iynələrdən istifadə olunur. Buna görə ağrı hissi minimal olur, yaxud ümumiyyətlə ağrı hiss olunmur. Lakin orqanizmi ağrıya həssas olan insanlarda ağrı hissi çox ola bilər.

Skleroterapiya proseduralarının sayı damarların yayılma dərəcəsindən asılıdır. Bu haqda məlumatı ilkin baxış zamanı həkim Sizə bildirəcək.

Əgər damar yaxud kapilyar genişlənməsi geniş yayılıbsa, onda seansları hər gün etmək olar. Yəni fərqli nahiyələri hər gün etmək olar, lakin eyni nahiyəni təqribən 4-5 gündən bir iynə vurmaq olar (daha dəqiq məlumatı müalicə həkimindən soruşa bilərsiniz).

Skleroterapiya seansları arasında istənilən qədər fasilə vermək olar (pasientin istəyinə uyğun olaraq).

Skleroterapiya olunan damarların sovrulmağı damarın ölçüsündən və insanın orqanizminin xüsusiyyətindən asılıdır. Beləki, böyük ölçülü damarlar nisbətən uzun müddətə (3 – 6 ay), kiçik kapilyarlar isə daha tez (1-3 aya) sovrulur. Bəzi insanlarda bu müddət daha tez, yaxud gec ola bilər (orqanizmin individual xüsusiyyətindən asılı olaraq).

Skleroterapiya proseduralarının sayı damarların yayılma dərəcəsindən asılıdır. Bu haqda məlumatı ilkin baxış zamanı həkim Sizə bildirəcək.

Müalicə zamanı təyin olunan corabları axırıncı seansdan 3-5 gün sonra çıxara bilərsiniz. Əgər skleroterapiya olunan damarlar böyük olarsa həkiminiz Sizə corabları daha uzun müddət geyinməyi tövsiyyə edəcək. Müalicə müddətində corabların qısa müddətli çıxarmaq olar.

Müalicə zamanı gündəlik gəzinti, üzgüçülük, pilates, həmçinin gimnastik idman növlərinə məhdudiyyət qoyulmur. Lakin, ayaqları çox yükləyən idmanlara (ayaq trenajorları, gərgin velotrenajorlar) fasilə vermək tövsiyyə olunur. Müalicə bitdikdən 2-3 həftə sonra yenidən həmin idmanları davam edə bilərsiniz.

Müalicə zamanı 10 kg-dək ağırlıq qaldırmaq olar. Daha ağır çəkini isə müalicədən 4 həftə sonra qaldırmağa icazə verilir.

Skleroterapiya zamanı istifadə olunan preparatın orqanizmə ziyanı yoxdur. Beləki, həmin preparat (lauromakroqol molekula) körpə uşaqlar üçün istifədə olunan stomatoloji gellərin (məsələn:Dentinox gel-www.rlsnet.ru/tn_index_id_1183.htm) tərkibində var.

Müalicə üçün fəsil fərqi yoxdur. İstənilən fəsildə müalicəni etmək olar.

Müalicə müddətində hündür daban ayaqqabı geyinməyə məhdudiyyət qoyulmur. Lakin, nəzərə almaq lazımdır ki, istər varikozu olan insana, istər ayaqları sağlam olan insanlara davamlı olaraq hündür daban ayaqqabı geyinmək məsləhət görülmür. Bu həm damarlara, həm oynaqlara, həm də pəncədə olan vətər və bağlara mənfi təsir edir.

Varikozun müalicəsi zamanı (istər SKLEROTERAPİYA – “iynə üsulu” ilə müalicə, istərsə də LAZER əməliyyatları zamanı klinikada qalmağa, yaxud evdə yataq rejiminə ehtiyac yoxdur. Yəni, pasient gündəlik gəzintisini norma şəkildə davam edir.

SKLEROTERAPİYA prosedurasının, yaxud LAZER əməliyyatının növbəti günü duş qəbul etmək olar. Duş qəbul edərkən varikoz corabları çıxarmaq lazımdır.

SKLEROTERAPİYA olunan nahiyəyə, həmçinin LAZER əməliyyatı icra olunan nahiyəyə damarlar tam sovrulanadək Lazer Epilyasiyası etmək tövsiyyə olunmur. Əks halda tünd rəng – piqmentasiya qala bilər.

SKLEROTERAPİYA olunan nahiyəyə, həmçinin LAZER əməliyyatı icra olunan nahiyəyə damarlar tam sovrulanadək “Zaqar” və ya Solyari etmək tövsiyyə olunmur. Əks halda tünd rəng – piqmentasiya qala bilər.

Müxtəlif insanlarda eyni üsulla müalicə olunan damarlar fərqli nəticə verə bilər. Bu həkimin peşəkarlığı ilə yanaşı pasientin orqanizminin fərdi xüsusiyyətlərindən də asılıdır. Odur ki, tibbdə müalicəyə “zəmanət vermək” mümkün deyil.

Hazırda SKLEROTERAPİYA-nın 1 seansı 80 AZN təşkil edir. Seansların sayı isə ilkin konsultasiya zamanı həkim tərəfindən bildirilir. Lazer üsulu ilə əməliyyatların qiyməti bir ayaq üçün 900 – 1500 AZN (ağırlıq dərəcəsindən asılı olaraq ) təşkil edir. İlkin konsultasiya zamanı varikozun ağırlıq dərəcəsi haqda Sizə məlumat verilir. Ümumilikdə, ilkin konsultasiya zamanı müalicə üçün nəzərdə tutulan ödəniş haqqda Sizə məlumat verilir.

QEYD: müalicə zamanı Sizə yuxarıda qeyd edilənlərdən fərqli individual tövsiyyələr verilə bilər.

Sualınız qaldı?

Onları bizim həkimlərə yazın və 15 dəqiqə ərzində cavab alın

""
1
Telefon nömrənizi yazın
Sualınızı yazınmore details
0 /
Previous
Next
Back To Top